İqtisadi gündəm
Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi - YENİLƏNDİ
Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat verib.
Publika.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
Hesablama Palatasının hesabatı müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
xxx
Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.
Palata sədri bildirib ki, ötən ilki nəzarət tədbirləri daha çox aqrar sahəni, dövlət satınalmaları, maliyyə hesabatlarının təhlili, həmçinin büdcənin planlaşdırılması və icrası sahələrini, DSMF-nin hesabatlılığını əhatə edib.
V. Gülməmmədov qeyd edib ki, subsidiyalara üçün müraciət edən istehsalçıların sadəcə dörddə biri torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7 faizi dövlət dəstəyindən kənarda qalıb: “Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub”.
Hesablama Palatasının sədri deyib ki, il ərzində aparılan auditlərlə müəyyən olunub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat təşkil edir: “Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi hallarına aid edilən məbləğ isə ümumilikdə 335,4 milyon manat həcmindədir. 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələrə əsasən, 452 halda nöqsan müəyyən edilib.
Vüqar Gülməmmədov əlavə edib ki, Hesablama Palatası ictimai təşkilatlarla əməkdaşlıq edir, habelə Türkiyənin müvafiq Hesablama Palatası ilə təcrübə bölüşümü edir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR