İqtisadi gündəm
Ermənilər Azərbaycanı dəstəklədi
Son günlər təmas xəttində baş verən hadisələrlə əlaqədar
İrəvanda izdihamlı etiraz aksiyası keçirilib.
ANS TV-nin məlumatına görə, Ermənistan və Avropa İttifaqının
bayraqları ilə “Azadlıq” meydanına yürüş edən etirazçılar
Qarabağdakı əməliyyatların Ermənistanın xeyrinə olmadığını
bildiriblər.
İrəvan sakini Armen Petrosyanın sözlərinə görə, bu müharibə üçüncü
qüvvələrin maraqlarına xidmət edir: “Biz cəmiyyətin də bu
müzakirələrə qoşulmasını istəyirik. Biz sülh istəyirik, artıq
müharibədən bezmişik”.
Yürüş iştirakçıları məramlarını bütün Ermənistan əhalisinə
çatdırmaq istədiklərini deyir. Etirazçılar Ermənistan
hakimiyyətindən tələb ediblər ki, Qarabağdan qoşunlarını
çıxarsın.
Ermənistan hökuməti mitinqlə bağlı məlumatları yaymağa mane olsa da
media mitinqin görüntülərini gizli çəkərək yayıb.
Ekspertlər isə Azərbaycan və Ermənistan prezidentlərinin Soci
görüşü əfəsində əhalinin mitinqlər vasitəsilə hakimiyyətə təziq
etməkdə maraqlı olduqlarını və bunun yaxın gələcəkdə daha da
genişlənəcəyini proqnozlaşdırırlar. Çünki Ermənistan iqtisadi
tənəzzül dövrünü yaşayır. Bir tərəfdən sosial gərginlik, digər bir
tərəfdən də iqtisadi çətinliklər öz işini görür.
Avqustun birindən Ermənistanda elektrik enerjisinə görə tariflərin
qalxması və digər problemlər səbəbindən ölkədaxili sosial
narazılıqlar artır. Əgər ötən il 40 min, bu ilin 6 ayında isə 110
min vətəndaşı Ermənistanı tərk edib.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO