İqtisadi gündəm
Erməni analitik: “Azərbaycan gücünü və üstünlüklərini hiss edib”
“Cənubi Qafqaz və Ermənistan-Azərbaycan mövzusu Vladimir Putinə
imicinin xilası üçün lazımdır”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan və
Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edən erməni
analitiki İqor Muradyan deyib.
Analitik fikrini əsaslandırmaq üçün Ermənistan ordusunda
“Komandos“ ləqəbi ilə tanınan general-mayor Arkadi Ter-Tadevosyana
istinad edib: “Arkadi hesab edir ki, Rusiya nə etdiyini bilmir.
General-mayor bildirir ki, Rusiya Azərbaycana silah satır, amma
ondan istifadə olunmamasını istəyir. Bununla razılaşmaq mümkün
deyil. Rusiya Cənubi Qafqazda gərginliyin artırılmasında son dərəcə
maraqlıdır. Əks halda regionda vəziyyəti nəzarətdə saxlamaq üçün
hər iki tərəfə silah satmazdı”.
İ.Muradyan bildirir ki. Rusiyanın Ermənistan üçün əsas təhdid
olduğunu rusiyalı analitiklər də etiraf etməyə başlayıblar. “Məhz
bunun nəticəsidir ki, Azərbaycan təzyiqi artırır, qızğın
silahlanmadan sonra gücünü və üstünlüklərini hiss edib”, - erməni
analitik bildirir.
Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqaz siyasətinin həyata
keçirilməsi Türkiyənin maraqları nəzərə alındığı üçün artıq
qeyri-mümkündür olub. İ.Muradyan Türkiyənin regionla bağlı
proseslərdə iştirakının məhz Rusiya sayəsində dönməz xarakter
aldığını qeyd edib.
“Qarabağ məsələsində Rusiya maraqları və Türkiyənin mövqeyi
nəzərə alınır”. – erməni analitik deyib.
Ömər Dağlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO