Bu layihə ciddi effekt verdi - İqtisadçı
Bizi izləyin

İqtisadi gündəm

Bu layihə ciddi effekt verdi - İqtisadçı

Hər şeyi mümkün qədər öz adı ilə çağırmaq lazımdır. Ciddi (rəsmi) şəxslərdən biri deyir ki, “ƏDV geri al” prinsipi müəyyən məhsullardan ona görə ləğv edilir ki, pandemiya bitir, insanların vəziyyəti düzəlir və “ƏDV geri al”a ehtiyac qalmır. Yanlış fikirdir. “ƏDV geri al” pandemiya ilə heç bir əlaqəsi olmayan və ondan əvvəl başlayan layihədir.

O biri ciddi şəxs isə deyir ki, spirtli içkilər və tütün məhsullarından ona görə “ƏDV geri al” ləğv edilir ki, əhalini zərərli vərdişlərdən tərgitsinlər: Bu isə təkcə yanlış yox, həm də gülməli fikirdir. Bunu zərərli vərdiş məsələsilə əlaqələndiririksə, onda belə çıxır ki, siqaretə “ƏDV geri al” tətbiq edilən zaman məqsəd insanları ona həvəsləndirmək olub? Əlbəttə, xeyr!”

Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.

Ekspert qeyd edib ki, “ƏDV geri al” layihəsi işə salınarkən dövlətin bir məqsədi olub: “İqtisadiyyatın “ağardılması”, ödənişlərin rəsmiləşdirilməsi, vergidən yayınma hallarının azaldılması işlərini sürətləndirmək və bu məsələdə sadə vətəndaşlarda maraq yaratmaqla onlardan dəstək almaq.

Reallıq onu göstərdi ki, bu, çox düzgün və ağıllı qərar idi. Layihə məqsədə çatmaqda ciddi effekt verdi. Hətta əhaliyə geridönüş gözləniləndən artıq oldu. 2021-ci ilin birinci rübünün sonuna qədər “ƏDV geri al” layihəsi çərçivəsində insanlara 60,2 milyon manat pul qaytarıldı. Bu zaman nağd və nağdsız ödənişlərə 10% və 15% fərqlərin tətbiq edilməsi ilə hətta onlayn ödənişləri artırmaq cəhdi də uğurlu alınıb. Hər bir layihənin öz icra və tamamlanma müddəti var. Bir gün “ƏDV geri al” layihəsi də bitəcək. Amma hələ ki, şəraitə uyğun olaraq şərtlər və qaydalar dəyişilməklə layihə davam edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm