İqtisadi gündəm
Tank əleyhinə bölmələrimiz intensiv təlimlərə başladı - (Fotolar)
Qoşunların döyüş hazırlığı planına əsasən təlim mərkəzilərində tank əleyhinə bölmələrin şəxsi heyətinin intensiv hazırlığı həyata keçirilir.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bölmələrin sərəncamında olan mövcud silahlarla yanaşı tank əleyhinə idarə olunan raket komplekslərindən döyüş atışları hazırlığı üzrə taktiki məşqlər aparılır. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əsas diqqətin tank əleyhinə bölmələrin şəxsi heyətinin döyüş hazırlığı, qarşılıqlı fəaliyyəti, mənəvi-psixoloji vəziyyəti, zirehli texnikaya qarşı mübarizə üsullarının aparılması məsələlərinə yönəldilməsini tələb edib. Təlimlərə cəlb olunan şəxsi heyətin nəzəri, praktiki və psixoloji hazırlığı yoxlanılır, düşmənin zirehli texnikasının zəif yerləri, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşıya qoyulan vəzifələrin icra olunması səviyyəsi öyrənilir.
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı