Avropa anti-Rusiya sanksiyalarına qarşı Bakı ilə fəal danışıqlar aparır
Bizi izləyin

İqtisadi gündəm

Avropa anti-Rusiya sanksiyalarına qarşı Bakı ilə fəal danışıqlar aparır

Avropa ölkələri Azərbaycandan tədarük həcmini artırmaqla anti-Rusiya sanksiyalarının yaratdığı qaz kəsirini qismən ödəmək istəyir.

Publika.az-ın məlumatına görə, məqalədə bildirilib ki, hazırda Azərbaycan resurs hasilatını rekord həddə çatdıracaq, bunun üçün Avropa ölkələri Bakı ilə fəal danışıqlar aparır.

Qeyd olunub ki, Bakı ilin sonuna kimi 9,1 milyard kubmetr həcmə nail olmaq, gələn il isə avropalıların ümid bəslədiyi ixracı 11 milyard kubmetrə çatdırmaq istəyir.

Təchizatların Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri ilə aparılacağı vurğulanır.

Məqalə müəllifinin fikrincə, Azərbaycanın tədarükləri Aİ-nin tələbatının 4%-dən də az olacaq.

Bundan əvvəl Avropa İttifaqının (Aİ) Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirmişdi ki, Aİ-nin qeyri-rus mənbələrindən qaz almaq imkanları limitə yaxınlaşır. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə qeyd edib ki, Trans-Anadolu (TANAP) qaz kəməri Avropa üçün Rusiya qazına alternativ ola bilər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm