İqtisadi gündəm
"Ermənistan sülhə vadar edilməlidir"
“Serj Sarkisyanın Ermənistan-Azərbaycan münaqişəsinin
həlli ilə bağlı tutduğu qeyri-konstruktiv yol artıq tükənmək
üzərdir”
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar
Muradova Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana qarşı
səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
B. Muradova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz
həllini tapmaması S. Sarkisyanın “əməyi” sayəsində olub: “Sarkisyan
Qarabağın işğalı üzərindən siyasətə və bundan sonra da hakimiyyətə
gəlmiş bir şəxsdir. Münaqişənin həlli uzandıqca, onun hakimiyyəti
də bir o qədər uzunmüddətli olacaq. Bunu Sarkisyan bilir və o həm
də yaxşı bilir ki, vəziyyət belə davam etdikcə onun
qeyri-konstriktiv mövqeyi keçərli olmayacaq. Son vaxtlar isə
Sarkisyan xaricdə bir cür, Ermənistanda isə tamamilə başqa
fikirlərlə çıxış edir”.
B.Muradovanın sözlərinə görə, Sarkisyanın münaqişənin həllində
könüllü olaraq ciddi addım atacağına inanmır: “Buna görə də
beynəlxalq ictimayyət, o cümlədən ATƏT-in həmsədrləri bu məsələni
özbaşına buraxmamalı, qeyri-konstruktiv tərəfi sülhə məcbur etməyə
xidmət edən addımlar atmalıdırlar”.
Milli Məclisin sədr müavini beynəlxalq təşkilatları Ermənistana
qarşı sanksiyalar tətbiq etməyə də çağırıb.
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"