İqtisadi gündəm
Bakı-Sofiya əməkdaşlığı: Orta Dəhliz böyük dividentlər gətirəcək - DEPUTAT
“Azərbaycan-Bolqarıstan əməkdaşlığının güclənməsi ilə Orta dəhlizin potensialı yükdaşımaların inkişaf etdirilməsi baxımından yeni səviyyəyə çatır. Bu isə Şərq-Qərb dəhlizi ilə yükdaşımaların həcmini əhəmiyyəti şəkildə artırır və nəticədə Azərbaycana böyük dividentlər gətirəcək”.
Bu sözləri Publika.az-a açıqlayan Milli Məclisin deputatı, iqtisadçı-alim Vahid Əhmədovun sözlərinə görə, son dövrlər ölkəmizin həm Avropanın enerji bazarında, həm də nəqliyyat dəhlizlərində rolu ciddi şəkildə artmaqdadır:

“Azərbaycan üçün yeni maliyyə mənbələri yaranır ki, bu da iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək. Əhalinin gəlirləri artacaq, yaşayış səviyyəsi yüksələcək. Bu gün işlək vəzyyətdəki bütün dəhlizlər Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. Əvvəl TAP, sonra isə TANAP layihəsinin istifadəyə verilməsi uzaqgörən siyasətin nəticəsidir. Məhz bunların hesabına Azərbaycan Avropaya çıxış əldə etdi. Bu gün Yunanıstanda və Bolqarıstanda interkonnektorun genişləndirilməsi, Azərbaycan qazının ixrac dairəsini daha da böyütmək barədə düşünürlər”.
Azərbaycan qazının və neftinin Türkiyə üzərindən Avropaya nəqlini önə çəkən deputatın fikrincə, digər Türk dövlətlərinin də Orta Dəhliz vasitəsilə yeni dəhlizə qoşulması bizim üçün əhəmiyyətlidir:
“Bu baxımdan, ilk növbədə türk dövlətlərini neft və qazla təmin edirik, sonra növbə o biri dövlətlərə çatır. Avropa ölkələri ilə iqtisadi əməkdaşlığın daha da inkişafı üçün bir neçə ay bundan əvvəl Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində “Strateji tərəfdaşlıq haqqında Memorandum” imzalandı. Bunun əsasında Azərbaycan öz qazının Avropaya nəqlini həyata keçirəcək. Artıq Macarıstan, Rumıniya və Slovakiya da interkonnektor vasitəsilə Azərbaycan qazından istifadə etmək istəklərini bəyan etdilər”.
Onun fikrincə, nəqliyyat dəhlizləri genişləndikcə, yeni qaz xətləri qurulduqca, ixracın həcmi də artacaq:
“Buna görə də hesab edirəm ki, Yunanıstan-Bolqarıstan qaz interkonnektoru böyük perspektivə malikdir və Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Növbəti bir neçə ildə Avropaya qaz ixracını azı 2 dəfə artıracağıq. Bu isə o deməkdir ki, qarşılıqlı faydalı əməkdaşlıq sayəsində Avropa İttifaqı - Azərbaycan tərəfdaşlığı daha da dərinləşəcək”.
Rövşən Ziya
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı










.jpg)



.jpg)














.jpg)



.jpg)

