Avropa
“Titanik”dən sağ çıxan məşhur modelyerin üzüyü görün neçəyə satıldı
“Titanik” sərnişinləri arasında ən tanınmış simalardan biri olan britaniyalı modelyer Lüsi Daff-Qordonun sahib olduğu brilyant qaşlı üzük hərracda 110 min funt sterlinqə (145 min dollar) satılıb.
Publika.az xəbər verir ki, bu barədə TASS-a “Henry Aldridge & Son” hərrac evindən məlumat verilib.
Hesab olunur ki, zinət əşyası qadına nişan hədiyyəsi kimi təqdim edilib. Üzük onilliklər ərzində Daff-Qordon ailəsində diqqətlə qorunub saxlanılıb və nəsildən-nəslə ötürülüb. Adı açıqlanmayan alıcı üzüklə yanaşı, onun mənşəyini təsdiqləyən məktub, eləcə də Birmingem Əyar Palatası tərəfindən verilmiş brilyantın rəsmi sertifikatını əldə edib.
Bundan əlavə, hərracda Londonun “Asprey” şirkətinə məxsus siqaret qabı 24 min funt sterlinqə (31 min dollar) satılıb. Bu əşyanı Daff-Qordon ər-arvadı “Titanik”in qəzaya uğramasından sonra onları xilas edən “Karpatia” gəmisinin xəzinədarı Ernest Brauna göstərdiyi köməyə görə minnətdarlıq əlaməti olaraq hədiyyə etmişdilər.
Lüsi Daff-Qordon (1863–1935) XIX əsrin sonu – XX əsrin əvvəllərində Britaniyanın aparıcı modelyerlərindən biri olub. Onun Londonda fəaliyyət göstərən nüfuzlu moda evinin Paris, Nyu-York və Çikaqoda filialları fəaliyyət göstərib.
Gəminin qəzaya uğraması zamanı ledi Daff-Qordon və həyat yoldaşı 1 nömrəli xilasedici qayıqla xilas olublar. Qayıq 40 nəfər üçün nəzərdə tutulsa da, orada cəmi 12 sərnişin olub. Sonradan ər-arvad ekipaj üzvlərinə rüşvət verməkdə və digər sərnişinləri gözləmədən batan gəmini tərk etməkdə ittiham olunublar. Lakin modelyer və həyat yoldaşı bu ittihamları təkzib edə biliblər.
Hüseyn İbadlı
-
Sosial22:12Gənc hüquqşünas vəfat etdi
-
Magazin121:12Natavan bu fotoları evində çəkdirir - VİDEO
-
Səhiyyə21:00Sevinc Maniyeva vəfat etdi
-
Qoroskop20:36Noyabrın sonunda üç bürcün həyatı yaxşılaşacaq
-
Nida Xəbər 19:48Qara Qarayev “Vyetnam süitası”nı bəstələyib, Əjdər İbrahimov orada çalışıb
-
Hadisə19:12Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - Anbaan görüntülər
-
Yaxın Şərq18:00İran daha bir ABŞ PUA-sını vurdu
-
İqtisadi gündəm17:45Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artdı











.jpg)




.jpg)


.jpg)


















