İqtisadi gündəm
Qərib Məmmədov erməni saxtakarlığını ifşa etdi
“Son illər Ermənistan xəritələrdə, atlaslarda, KİV-lərdə və internetdə coğrafi adların, inzibati rayonların sərhədlərinin, ölkəmizin dövlət sərhədlərinin dəyişdirilməsi və təhrif olunması sahəsində intensiv iş aparır”.
Publika.az xəbər verir ki, bu barədə oktyabrın 1-də Moldovada keçirilən Qlobal Geoməkan İnformasiyanın İdarəolunması üzrə BMT ekspertlərinin Avropa Regional Komitəsinin (UN-GGIM: Europe) təsis konfransı çərçivəsində “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin təqdimatı zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Komitə sədri deyib ki, bu xəritə Rusiya Baş Qərargahının Baş idarəsinin hərbi topoqrafiya şöbəsi tərəfindən tərtib olunmuş və litoqrafiya üsulu ilə çap edilmiş XX əsrin əvvəlində Qafqaz hərbi dairəsinin xəritəsi əsasında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Bakıda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bərpa edilərək nəşr olunub. Xəritədə toponimlər - yaşayış məntəqələrinin, çayların, dağların və s. adlarını göstərməklə ölkəmizdə Azərbaycan, rus və ingilis dillərində yenidən nəşr olunub, Kişineuda rus və ingilis dillərində təqdim edilib.
“Xəritənin nəşrindən başlıca məqsəd ermənilərin “Dənizdən dənizədək böyük Ermənistan” yaratmaq ideyasının cəfəngiyat olduğunu göstərməkdir”, - deyə Q.Məmmədov əlavə edib.
Q.Məmmədov qeyd edib ki, ermənilər guya Cənubi Qafqazda çoxdan yaşadıqlarını iddia edir və bildirirlər ki, Qara dənizlə Xəzər dənizi arasındakı ərazi “erməni torpaqlarıdır”.
"Amma bu xəritədə biz heç bir erməni toponimi görmürük və əlbəttə, ermənilər bu ərazidə aborigenlər deyildir. Ermənistan tarixi və coğrafi faktları həyasızcasına saxtalaşdırır, mənbələri təhrif edir, torpaqlarımızı işğal edərək qədim coğrafi obyektlərin adlarını dəyişir", Qərib Məmmədov bildirib.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi