İqtisadi gündəm
İlham Əliyev: “1 milyon 300 min iş yeri açılıb”
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9
ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclası keçirilib.
Prezident İlham Əliyev bildirib ki, bu ilin 9 ayının
sosial-iqtisadi inkişafı uğurlu olub. Ölkəmizin inkişafı ilə bağlı
inamlı addımlar atılıb. Dünyada maliyyə böhranının davam etdiyi bir
vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə
6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul
gəlirləri 5,4 faiz çoxalıb.
Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən
Prezident İlham Əliyev vurğulayıb ki, ilin əvvəlindən ölkəmizə 19
milyard dollar sərmayə qoyulub ki, bunun da 11 milyard dolları
daxili investisiyalardır. İlin əvvəlindən maliyyə resursları 3
milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatı 53
milyard dollara çatıb.
Dövlətimizin başçısı bildirib ki, Dünya İqtisadi Forumunun reytinq
cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə
artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı uğurla icra olunub, 9 ayda 100 mindən çox
yeni iş yeri yaradılıb, bununla da son 10 ildə açılan iş yerlərinin
sayı 1 milyon 300 minə çatıb. Ötən 9 ayda sosial layihələrin icrası
davam etdirilib və investisiya portfelində bu layihələrə xərclənən
vəsait kifayət qədər böyük olub. Bakı və ətraf qəsəbələrin
inkişafına dair Dövlət Proqramı da uğurla icra olunur. Ölkədə
infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyev vurğulayıb ki, artıq bir çox sahələrdə
Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bunu bu yaxınlarda Bakıda
keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının
rəhbərinin səsləndirdiyi fikirlər də təsdiqlədi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll
olunmamasından təəssüfləndiyini deyən dövlətimizin başçısı qeyd
edib ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən
fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr
isə təsirli addımlar atmır. Buna baxmayaraq, Azərbaycan bütün
sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə
həyata keçirilir.
Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr
zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi.
Prezident İlham Əliyev nitqində keçən ay təməli qoyulan “Cənub” qaz
dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşdü və bunu tarixi
hadisə adlandırdı.
Sonra maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov bu
ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda
duran vəzifələrlə bağlı məruzə ediblər.
İclasa yekun vuran Prezident İlham Əliyev ilin sonunadək dövlət
investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq
bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam
etdiriləcəyini deyib.
Dövlətimizin başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi
diqqətin göstəriləcəyini qeyd edib, texniki baxımdan Azərbaycan
Ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirib.
Prezident İlham Əliyev bu ilin sonuna qədər investisiya proqramının
təsdiq edilməsinin vacibliyini vurğulayıb, müasir emal
müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun inkişafında
xidmət və turizm sahələrinin xüsusi yer tutduğunu bildirib.
Dövlətimizin başçısı yaxın iki ildə Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının tam istifadəyə veriləcəyini bildirib, bununla da
Xəzərdə ən iri ticarət limanının yaradılacağını qeyd edib. Hava
nəqliyyatının inkişaf etdiyini, keçən rübdə ilk dəfə olaraq Bakıdan
Nyu-Yorka uçuşların təşkil edildiyini vurğulayan Prezident İlham
Əliyev məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması
istiqamətində tədbirlərin davam etdiriləcəyini söyləyib, ekologiya
məsələlərinin həllinə diqqət göstərilməsinin önəmini vurğulayıb.
İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə
uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində
olduğunu deyən Prezident İlham Əliyev bu oyunların Yay Olimpiya
Oyunları səviyyəsində keçiriləcəyini bildirib.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO