İqtisadi gündəm
Azərbaycanı görün...
Sülh üzrə Nobel mükafatına ən layiqli namizəd üçün...
Bilmirəm, sentimental, ya da pafoslu səslənərmi? Az qala hər bir
təhsilli, dünyagörüşlü azərbaycanlının qəlbində bir Nobel nisgili
var...
Hər il Nobel mükafatları təqdim olunanda bu hiss daha qabarıq üzə
çıxır. Və təbii olaraq, hər birimizin beynində müəyyən suallar
yaranır: görəsən, əsas maliyyə vəsaiti Bakı Neftinin hesabına
formalaşmış Nobel mükafatına ölkəmizdən də kimsə layiq görüləcəkmi?
Nə vaxtsa, nəhayət, bu “tilsim” qırılacaqmı? Ölkəmizdən bu mükafata
ən layiqli namizəd kim (və ya kimlər) ola bilər?
Xatırladaq ki, dünyanın ən nüfuzlu ödülü sayılan Nobel mükafatları
fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat
sahələri üzrə verilir.
Konkret olaraq, Sülh üzrə Nobel mükafatı ölkəsində və bütün dünyada
Sülhün və Humanizmin bərqərar olunması naminə gərgin və səmərəli
fəaliyyət göstərən şəxslərə təqdim olunur. Belə mühüm fəaliyyətlə
məşğul olan şəxsiyyətsə Azərbaycanda var! Onu artıq bütün dünya
tanıyır. Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın regionda
və dünyada Sülhün və Humanizmin qorunması yönündə çoxşaxəli
fəaliyyəti böyük nüfuz sahibi olan ayrı-ayrı şəxslər, tanınmış
institutlar, klublar tərəfindən yüksək qiymətləndirilib. Bunlar
bəşəriyyətə və insanlığa böyük xeyir gətirən, insanlarda gələcəyə
böyük ümid yaradan son dərəcə nəcib işlərdir. Praqmatikliyi və bu
keyfiyyətlə uzlaşan intellekti, qlobal düşüncə tərzi, yüksək
mədəniyyəti, humanist fəaliyyəti onu bəşəriyyətin ən nəhəng
mükafatı sayılan Nobel mükafatına addımbaaddım yaxınlaşdırıb.
Mehriban xanım Əliyevanın təşkil etdiyi beynəlxalq tədbirlər,
həyata keçirdiyi qlobal layihələrlə yanaşı, böyük maraq kəsb edən
çıxışları da bütün dünyanın diqqət mərkəzindədir və yəqin ki, bütün
nüfuzlu klublar kimi Nobel Komitəsi də onun fəaliyyətini izləyir.
Sülh üzrə Nobel mükafatına layiq görülənlərin işlərini diqqətlə
izlədikdə görürük ki, onların əksəriyyətinin fəaliyyəti miqyas
baxımından Mehriban Əliyevanın fəaliyyətinin yalnız bir hissəsi
sayıla bilər. O, ölkəsinin və bəşəriyyətin qarşısında duran
problemləri gözəl anlayır, araşdırır, çıxış yollarını arayır və var
gücü ilə onların həllinə çalışır...
Mehriban Əliyeva bütün xarici səfərlərində, keçirdiyi çoxsaylı
görüşlərdə Dağlıq Qarabağ münaqişəsini, Ermənistan silahlı
qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində maddi və
qeyri-mədəniyyət abidələrini vəhşicəsinə dağıtmasını diqqət
mərkəzində saxlayır, xoşməramlı səfir kimi bəşəriyyəti dialoqa və
qarşılıqlı anlaşmaya çağırır. O, dinlərarası və
sivilizasiyalararası dialoqa töhfələri, milli mənəvi dəyərlərə
ehtiramı ilə həm də yeni minillikdə qədim dəyərlərin, ənənələrin
hamisidir. Sivilizasiyalararası dialoqda gənclərin, elm və
mədəniyyət xadimlərinin roluna hər zaman önəm verən Mehriban xanım
Əliyeva Azərbaycanda bu mövzularda beynəlxalq konfranslar,
forumlar, sammitlər, simpozium və festivallar təşkil edir...
Onun rəhbərliyi ilə Azərbaycan Mədəniyyəti Fondu, Azərbaycan
mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə
(Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalı
təsis edilib.
2004-cü ildə Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi
irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki
yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı
Səfiri adına layiq görülüb.
2005-ci ildə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə
görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya
və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı
töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq
Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına
verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan
uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına,
təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə
görə Mehriban Əliyeva 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı
səfiri adına layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci ildə
Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban
Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi
işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın
mükafatına layiq görülüb.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali
ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci
ilin may ayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına
layiq görülüb.
Yetim və kimsəsiz uşaqlara, müharibə və təbii fəlakətlərdən zərər
çəkmiş insanlara yardım göstərilməsi sahəsində İslam Konfransı
Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlığa görə 2008-ci ilin
iyununda Mehriban Əliyeva “İKT-nin humanitar məsələlər üzrə xüsusi
elçisi” diplomuna layiq görülüb.
2009-cu ildə Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa
Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə
təltif edilib.
2010-cu ildə Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasındakı
münasibətlərdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi
sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə
“Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
2010-cu ilin iyul ayında Mehriban Əliyevaya UNESCO-nun “Qızıl
Motsart” medalı təqdim edilib.
2011-ci ildə Mehriban Əliyevaya “Krans Montana Forumu”nun Qızıl
medalı, 2012-ci il iyunda isə “Prix de la Fondation” mükafatı
təqdim edilib.
2012-ci il fevral ayında Mehriban Əliyeva Rusiya Federasiyasının
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri
professoru adına layiq görülüb.
2012-ci il aprelində Mehriban Əliyevaya MDB iştirakçısı olan
dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı
olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF)
tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim
edilib.
2013-cü ildə Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto
Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.
2014-cü ildə Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi
töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına,
Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə
Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq
görülüb.
Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına,
cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan
mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə,
həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə
hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə
sadiqliyinə görə Mehriban Əliyeva “The Business Year” jurnalı
tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına
layiq görülüb.
2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki
xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic
Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.
Mehriban Əliyeva Vatikan Apostol Kitabxanası ilə tanış olduqdan
sonra “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və
onların rəqəmsallaşdırılması”na dair müqaviləyə imza atıb.
O, Azərbaycanda uşaq evlərinin yenidən qurulması və
modernləşdirilməsi, məktəblərin açılması, diabet, talassemiya və
digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə olunması
istiqamətində ciddi işlər görüb, yerli və beynəlxalq səviyyədə
ekoloji mühitin yaxşılaşdırılması üçün dəyərli təşəbbüslər irəli
sürüb, ölkəmizin mədəni sərvətlərinin inkişafına yardım etməklə,
digər xalqların mədəni irsinin qorunmasına da köməklik
göstərib.
Mehriban xanım Əliyevanın Şərq və Qərb mədəniyyətlərinin
yaxınlaşmasına yönəlik geniş fəaliyyətinə sübut kimi “İpək Yolu”
Komitəsinin yaradılmasını və dini-tarixi abidələrin bərpasına
yardımını qeyd etmək olar.
Bütün sadaladıqlarım yeni dünya düzənində çox böyük əhəmiyyət kəsb
edən, lokal və qlobal aspektdə dolğun mahiyyət daşıyan və həlli
onun tərəfindən gerçəkləşdirilən son dərəcə mütərəqqi ideyalardır.
Artıq milyonlarla insan bu ideyaların həyata keçməsinin canlı
şahidi olmaqla yanaşı, həm də bunlardan bəhrələnə biliblər. O, bu
böyük millətin layiqli övladı kimi bunları bizim hər birimiz üçün
edir. Dünyanın bir sıra nüfuzlu klubları bu mühüm işləri vaxtında
anlayıb, təqdir edib və yüksək dəyərləndirib.
Bütün bu sadaladıqlarım göstərir ki, Mehriban xanım Əliyevanın
bəşəriyyət və millətimiz üçün gördüyü nəcib və xeyirxah işlər, bu
işlərin davamı onun Sülh üzrə Nobel mükafatına namizədliyinin
verilməsi üçün ciddi əsaslar yaradıb!
Əslində ədəbiyyat üzrə Nobel mükafatına layiq görülənlərin
əksəriyyəti əvvəlcə “Buker”, “Qonkur” və “Pulitser” mükafatına
layiq görülənlərdir.
Mehriban xanımın layiq görüldüyü Krans Montana Forumunun qızıl
medalı, Fransa Respublikasının Fəxri Legion ordeninin zabit
dərəcəsi, Küveyt Dövlətinin Fəxri diplomu, UNESCO-nun “Qızıl
Motsart” medalı, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük
Komandor Xaçı ordeni və digər təltifləri onun Nobel Sülh mükafatına
namizədliyini reallaşdırır.
Sülh üzrə Nobel mükafatına namizədliyin verilməsi prosedurunda
aktiv ictimai xadimlər, filosoflar, siyasətşünaslar, tarixçilər və
hüquqşünaslarla əlaqələr qurulur. Mehriban xanım Əliyeva 2005-ci
ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Onun
intellektual bioqrafiyası istənilən ictimai xadimi, filosofu,
siyasi elmlərin nümayəndələri, tarixçi və hüquqşünasları heyran edə
bilər.
Sülh üzrə Nobel mükafatına namizədləri müxtəlif ölkələrin parlament
və hökumətləri, Beynəlxalq məhkəmələrin üzvləri, Universitet
rektorları, sosial elmlər, tarix, fəlsəfə, hüquq və teologiya üzrə
professorlar, Sülh və xarici siyasət elmi tədqiqat institutlarının
direktorları, Sülh üzrə Nobel mükafatı laureatları, Sülh üzrə Nobel
mükafatına layiq görülmüş təşkilatların üzvləri, Norveç Nobel
Komitəsinin indiki və keçmiş üzvləri, Norveç Nobel Komitəsinin
indiki və keçmiş məsləhətçiləri təqdim edirlər. Fikrimcə, dünyada
gördüyü nəcib işlər və qazandığı uğurlarına görə həddindən artıq
müsbət imicə malik olan Azərbaycanın birinci xanımının
namizədliyini adları çəkilən həmin qurumların nümayəndələri və
ayrı-ayrı şəxslər verə bilərlər. Mehriban xanım Əliyevanın
fəaliyyəti dünyanın bütün nüfuzlu media orqanlarında müxtəlif
dillərdə geniş işıqlandırılır. Bu baxımdan onun şəffaf bioqrafiyası
və gördüyü işlərin miqyası haqqında məlumat almaq çox asandır.
Erməni vandalizmi nəticəsində torpaqlarımızın 20 faizi işğal
olunub. Bu amansız işğal nəticəsində 1 milyondan artıq məcbur
köçkünümüz doğma yurd yerlərindən məhrum olublar. Mehriban xanım
Əliyevanın gördüyü işlərin təhlili göstərir ki, Azərbaycan xalqı
son dərəcə humanist, mədəni və özgə torpağında gözü olmayan
xalqdır. Onun fəaliyyətinin tərkib hissəsinə torpaqlarımızın Sülh
yolu ilə azad olunması da daxildir. Mehriban xanımın Sülh üzrə
Nobel mükafatına layiq görülməsi regionda ədalətli Sülhün bərpa
olunmasına yardımçı ola bilər. Tarix göstərir ki, ədalətli sülhün
əldə olunmasında Nobel Komitəsinin təltif etdiyi beynəlxalq
qurumlar və ayrı -ayrı şəxslər bu mühüm missiyanı daşıya
biliblər.
Çoxşaxəli mütərəqqi fəaliyyət yönümü ilə Nobel Sülh mükafatına layiq olan Mehriban Əliyevanın laureat olması üçün qarşımızda Vaxt, İmkan və Fürsət var!!!
Bütün azərbaycanlıların NOBEL arzusunun gerçəkləşməsi üçün bu
gündən başlayaq...
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq