İqtisadi gündəm
Bakıda ən ucuz taksi hansıdır? - ŞİRKƏTLƏR, QİYMƏTLƏR
Taksi xidmətləri sektoru son illər Azərbaycanda ən sürətli inkişaf edən sahələrdən biridir. Beynəlxalq taksi şirkətlərinin dəb saldığı tətbiq üzərindən taksi sifarişi imkanlarından yerli şirkətlərin də istifadə etməsi nəticəsində bazarda böyük rəqabət yaranıb.
Publika.az FED.az-a istinadən xəbər verir ki, hazırda taksi biznesinə başlamaq çətin deyil. Lazımi qurumlardan müvafiq icazələri almaq, qısa nömrə əldə etmək və ya mobil tətbiq yaratmaq, ofis tutmaq, sifarişlərin qəbulu və əlaqələndirilməsi üçün bir neçə operator işə qəbul etmək və xeyli taksi sürücüsü ilə əməkaşlıq etmək.
Son bir neçə gündə bu sektorda yeni tənzimləmə qaydaları qüvvəyə minib, qaydalara əsasən taksi xidməti göstərən operatorlardan tutmuş, sürücülərə qədər bütün iştirakçılarla bağlı yeni tələblər müəyyən edilib. Yeniliklər keyfiyyətsiz və qanunsuz xidmət göstərənləri bazardan çıxarmalıdır.
Amma hətta bu yeniliklərdən sonra da taksi sektoru kifayət qədər gəlirli və cəlbedici biznes olaraq qalır, əksinə, tənzimləmədən sonra qiymətlərin bir qədər artması da müşahidə edilir. Pik saatlarda qiymətlər daha yüksək və ya əksinə, «sakit» dövrdə aşağı olur.
FED.az taksi xidmətindən istifadə edənlərin sayının getdikcə artmasını və bu sahəyə marağın böyüməsini nəzərə alaraq paytaxtdakı taksi qiymətlərini müqayisə edib.
Müqayisə Bakı şəhəri üzrə üç fərqli marşrut üzərindən aparılıb.
Birinci marşrut «Metropark» ticarət mərkəzindən «İçərişəhər» metrosuna,
ikinci marşrut N.Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 26 ünvanından Fatmayı bağlarına,
üçüncü marşrut isə «Gənclik» metrosundan Siyəzən rayonuna hərəkəti nəzərdə tutur.
Bu marşrutlar üzrə ayrı-ayrıv şirkətlərdə qiymətlər aşağıda cədvəldə göstərilən kimidir.

-
Hadisə03:19Üstündən avtobus keçən qadının nəvəsi danışdı - Video
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video



































