Elm və təhsil
Şagirdi danlayan müəllim cərimələnəcək - Bəs məktəbdə intizamı kim qoruyacaq?
Məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, davranış qaydalarını mənimsədiyi və cəmiyyətə hazırlandığı mühüm tərbiyə ocağıdır. Şagirdlər günlərinin böyük hissəsini məktəbdə keçirir, həmyaşıdları ilə ünsiyyət qurur, müəllimlərdən nümunə götürür və sosial bacarıqlar əldə edirlər.
Bu prosesdə müəllimlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Onlar təkcə dərs keçmir, eyni zamanda şagirdlərin dünyagörüşünün, mənəvi dəyərlərinin və davranış mədəniyyətinin formalaşmasına təsir göstərirlər. Lakin son illərdə müəllim-şagird münasibətləri, məktəbdə intizamın qorunması və müəllim nüfuzunun saxlanılması ilə bağlı müzakirələr daha da aktuallaşıb.
Xüsusilə müəllimin şagirdə qarşı kobud davranışına görə 200 manat məbləğində cərimənin tətbiqi cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Bəziləri bunu uşaqların hüquqlarının müdafiəsi istiqamətində mühüm addım kimi qiymətləndirsə də, digər tərəf hesab edir ki, bu cür tədbirlər müəllimlərin tərbiyə prosesindəki rolunu zəiflədə və onların şagirdlərin davranışlarına təsir imkanlarını məhdudlaşdıra bilər.
Bəs uşaqların hüquqlarının qorunması ilə məktəbdə intizamın təmin olunması arasında balans necə qurulmalıdır? Yeni qayda müəllim nüfuzuna, tədris prosesinə və məktəbdə tərbiyə mühitinə hansı təsirləri göstərə bilər?
Publika.az mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyevin fikirlərini öyrəndi. Ekspert bildirdi ki, 200 manatlıq cərimə yalnız müəllimlər üçün nəzərdə tutulmayıb:
“Bu məsələ uşaqların hüquqlarının qorunması ilə bağlı həm beynəlxalq öhdəliklərdən, həm də milli qanunvericiliyin tələblərindən irəli gəlir. Uşaqlara qarşı kobud rəftarın cərimə ilə nəticələnməsi yalnız müəllimlərə deyil, valideynlərə və digər şəxslərə də şamil olunur. Təhsil müəssisələrində müəllimin şagirdə qarşı kobud davranışı və ya zorakılıq halları aşkar edildikdə, müvafiq məsuliyyət tədbirləri tətbiq edilir. Burada əsas məqsəd uşaqların hüquqlarının qorunmasıdır”.

Ekspert hesab edir ki, uşaqların hüquqlarının müdafiəsi ilə məktəbdə intizamın təmin olunması arasında balans qorunmalıdır:
“Əvvəllər müəllimlər şagirdləri tənbeh və tənqid etməklə onların davranışına təsir göstərə bilirdi, nəticələrinin yaxşılaşmasına çalışırdılar. Hazırda isə valideynlərin reaksiyası və qanunvericilikdəki bəzi dəyişikliklər müəllimlərin bu istiqamətdə imkanlarını müəyyən qədər məhdudlaşdırıb”.
Elçin Əfəndiyevin fikrincə, bu vəziyyət müəllimlərin şagirdlərin davranışına təsir etmək və onları düzgün istiqamətləndirmək baxımından əvvəlki nüfuzunun zəifləməsinə səbəb olur.
"Balansın qorunması üçün təkcə hüquqlar deyil, şagirdlərin vəzifə və məsuliyyətləri də dəqiq müəyyənləşdirilməlidir. Şagirdlər öhdəliklərini dərk etməli, intizam qaydalarının pozulmasına görə tətbiq olunan tədbirlərin mahiyyətini anlamalıdırlar. Yalnız bu halda məktəbdə həm uşaqların hüquqları qoruna, həm də sağlam intizam mühiti formalaşa bilər".
Müəllif: Gülnar Süleymanova
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim
-
Magazin206:16Çılpaq fotoları ilə şantaj edilən məşhur: “Amansız ittihamlar məni məhv etdi” - FOTO
-
İdman04:14Fransa millisinin oyunçusu PSJ-yə keçdi




















.jpg)

















