İdman
Almaniya dünya çempionatlarında rekord qırdı
Almaniya millisi Kot-d'İvuar üzərində qələbədən sonra dünya çempionatlarında iradəli qələbələrin sayına görə liderliyə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, Almaniya yığmasının hesabında dünya çempionatlarında 16 iradəli qələbə var. Bu göstərici üzrə ikinci yeri braziliyalılar tutur. Üçüncü pilləni isə Uruqvay, İsveç, İtaliya, İspaniya, Fransa və Niderland (6) bölüşür.
Görüş 2:1 hesabı ilə başa çatıb. Matçın 30-cu dəqiqəsində Kot-d'İvuar millisinin oyunçusu Frank Kessi hesabı açıb. 60-cı dəqiqədə almaniyalı futbolçu Deniz Undav hesabı bərabərləşdirib. Undav artıq əlavə olunmuş vaxtda Almaniyaya qələbə qazandırıb. E qrupunun turnir cədvəlində Almaniya altı xal toplayıb, Kot-d'İvuarın üç xalı var. Kürasao və Ekvadorun hər birinin isə bir xalı var.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransa millisinə qalib gələn Argentina yığmasıdır.
Sonuncu turda Almaniya millisi Ekvadorla, Kot-d'İvuar isə Kürasao ilə qarşılaşacaq.
Hüseyn İbadlı
-
Sosial06:16Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - Foto
-
ABŞ03:19Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama
-
Ekopublika.az01:20Mərkəzi Bank sədrindən manatla bağlı vacib açıqlama - Məzənnə dəyişəcək?
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 29 İyul 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil29 İyul 18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT29 İyul 16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı












.jpg)






















