Elm və təhsil
Tələbələrə şad xəbər - Bu ixtisası bitirənlər...
Azərbaycanda tədris planına yeni ixtisas əlavə olunub. Belə ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası bu ildən bakalavriat səviyyəsində universitetlərdə tədris ediləcək.
Bu qərara səbəb nədir? Hansı ali təhsil müəssisələrində tədris olunacaq?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a təhsil eksperti Elçin Əfəndi danışıb. O deyib ki, əvvəllər mövcud olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası mahiyyət etibarilə yeni yaradılan ixtisasla müəyyən uyğunluq təşkil edir:
“Bu ixtisas Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, eləcə də bölgələrdə Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universitetində tədris olunurdu. Yeni ixtisasın yaradılması əmək bazarında bu sahə üzrə kadr tələbatının artması ilə bağlıdır. Böyük ehtimalla, hazırda kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasının adı dəyişdiriləcək və ya olduğu kimi saxlanılacaq. “Daşınmaz əmlakın idarə olunması” isə ayrıca ixtisas kimi fəaliyyət göstərəcək”.
Ekspert bildirib ki, bu ixtisasın gələcəkdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali təhsil müəssisələrində tədris olunacağı gözlənilir:
“Mahiyyət etibarilə, onu daşınmaz əmlak sahəsində menecment istiqaməti kimi də qiymətləndirmək olar. Çünki hazırda ölkədə çoxsaylı daşınmaz əmlak şirkətləri fəaliyyət göstərir və onların səmərəli idarə olunması üçün peşəkar kadrlara ehtiyac var. Bu ixtisas üzrə məzunlar da əsasən həmin müəssisələrdə iş imkanları əldə edə biləcəklər”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































