Qoroskop
Həyati önəm kəsb edən mərhələ başladı: 4 bürc üçün xəbərdarlıq
Astroloji proqnozlara görə, bəzi bürclər bu ay həyatlarında önəmli dəyişikliklər etmək və diqqətlərini doğru istiqamətə yönəltmək məcburiyyətində qala bilərlər.
Publika.az xəbər verir ki, 4 bürc üçün artıq həyati önəm kəsb edən məsələlərə diqqət ayırmaq vaxtıdır.
Həmin bürcləri təqdim edirik:
Qoç - Xırdalıqlardan azad olma vaxtı
Qoç bürcü üçün əsas çağırış gündəlik həyatdakı xırda narahatlıqlardan uzaqlaşmaqdır. Kiçik problemlərə ilişib qalmaq onların enerjisini tükədir və qərar vermə qabiliyyətini zəiflədir. Mütəxəssislər Qoçlara gündəlik rutinlər qurmağı, sağlam qidalanma və özünə inamı artıran vərdişlərə fokuslanmağı tövsiyə edir. Bu, onlara həyatlarını daha yaxşı idarə etməyə kömək edəcək.
Balıq - Reallıqdan qaçmaq əvəzinə hərəkət
Balıqlar çox vaxt böyük problemlər qarşısında özlərini fantaziya dünyasına çəkirlər. Bu isə onları real həyatdan və insan əlaqələrindən uzaq salır. Bu ay Balıqlar üçün əsas məsələ sosial həyatda daha aktiv olmaq, özlərini ifadə etmək və oxşar düşüncəli insanlarla əlaqə qurmaqdır. Yeni imkanlar və dərin dostluqlar məhz bu addımlarla mümkündür.
Şir - Böhranı idarə etmə dövrü
Şir bürcü hazırda emosional və sosial təzyiq yaradan bir vəziyyətlə üz-üzədir. Amma astroloqlar bunun müvəqqəti olduğunu bildirir. Hadisələr zamanla aktuallığını itirəcək və Şir bu prosesi bir həyat dərsi kimi qəbul etməlidir. Səbir və soyuqqanlılıq bu dövrün əsas açarıdır.
Tərəzi - Cəsarətli addımların vaxtı
Tərəzilər üçün əsas mövzu qorxuların üstəsindən gəlməkdir. Onlar çox vaxt istədiklərini dilə gətirməkdə çətinlik çəkirlər və bu da imkanları əldən vermələrinə səbəb olur. Bu ay isə cəsarətli olmaq, hisslərini ifadə etmək və həyatda istədikləri istiqamətdə addım atmaq ön plana çıxır.
Astroloqların fikrincə, bu bürclər üçün əsas mesaj eynidir: dəyişiklikdən qaçmaq yox, ona doğru addım atmaq lazımdır.
Müəllif: Roza
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)
























