İqtisadi gündəm
ADB manat ilə ikinci istiqraz buraxdı
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan manatı ilə ikinci istiqraz emissiyası çərçivəsində 14,5 milyon manat (təxminən 8,5 milyon ABŞ dolları) cəlb edib.
Publika.az ADB-yə istinadən xəbər verir ki, bu, ADB-nin inkişaf etməkdə olan üzv ölkələrin yerli valyutasında bu il buraxdığı beşinci gender istiqrazıdır.
Qeyd olunub ki, qadınlar və kənd təsərrüfatı işçiləri üçün kredit imkanlarını genişləndirmək məqsədi daşıyan istiqrazların tədavül müddəti 3 il, illik faiz dərəcəsi 6,25 % təşkil edir və kupon ödənişi yarımildə 1 dəfə keçiriləcək. İstiqraz Azərbaycan manatında olsa da, hesablaşma ABŞ dolları ilə aparılır və bu, beynəlxalq investorların cəlb edilməsini asanlaşdırır.
“İstiqrazların kotirovkası Lüksemburq Fond Birjasında aparılır. Qiymətli kağızların emissiyası “Goldman Sachs International” tərəfindən təşkil olunub və istiqrazlara abunə iki Avropa institusional investoru – “Record” Valyuta İdarəetmə və “Capitulum Asset Management” tərəfindən olunub”, - deyə məlumatda bildirilib.
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı







.jpg)































