Çin tonlarla neft ehtiyatı aşkar etdi
Bizi izləyin

İqtisadi gündəm

Çin tonlarla neft ehtiyatı aşkar etdi

Çinin şimal-şərqindəki Bohay dənizində 100 milyon ton xam neft ehtiyatının aşkar edildiyi açıqlanıb.

Publika.az xəbər verir ki, Çin Beynəlxalq Açıq Dəniz Şirkətinin (CNOOC) verdiyi açıqlamaya görə, Tianjin şəhərinin sahilindən təxminən 200 kilometr aralıda yerləşən Chinahuangdao 27-3 neft yatağında yeni ehtiyat aşkar edilib.

Bohay dənizinin mərkəzi şimal hissəsində, dənizin orta dərinliyi 25 metr olan neft yatağında təxminən 100 milyon ton xam neft aşkar edilib.

Şirkət 2024-cü ildə 700-720 milyon barel neft hasil etməyi hədəfləyir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm