İqtisadi gündəm
ATƏT: Bu yay müşahidə olunan gərginliyin növbəti raunduna yol vermək olmaz
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xətti yaxınlığında vurulmuş helikopterlə bağlı narahatlığını bildiriblər.
Publika.az-ın məlumatına görə, bununla bağlı həmsədrlər
yaydıqları bəyanatda münaqişə tərəflərini Azərbaycan və Ermənistan
qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində
gərginliyin artmasına gətirib çıxara bilən addımlardan qaçmağa
çağırırlar.
"Bu yay müşahidə olunan gərginliyin növbəti raunduna yol vermək
olmaz. Bugünkü hadisələr Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli
istiqamətində səylərin təcili fəallaşdırılması zərurətini
xatırladır. Biz yenə də istənilən mümkün formada tərəflərə yardım
göstərməyə hazırıq", - bəyanatda deyilir.
Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizi atəşə tutub. Açılan cavab atəşi nəticəsində düşmən helikopterindən birir məhv edilib, digəri isə atəş zonasından qaça bilib.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO