İqtisadi gündəm
Rayonlara da qatar bileti bahalaşır
“Azərbaycan Dəmir Yolları” QSC rayon qatarlarına biletləri də bahalaşdırır.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, ADY noyabr ayından Bakı-Ağstafa və Bakı-Qəbələ istiqamətində biletlərin qiymətini artırmağı nəzərdə tutub.
Məlumata görə, “Azərbaycan Dəmir Yolları” vətəndaşlar tərəfindən daha çox narazılıqla üzləşməmək üçün bütün tarifləri eyni vaxtda artırmaqdan çəkinib.
Ona görə də, ADY sentyabrın 25-də yalnız Bakı-Sumqayıt istiqaməti üzrə qatar biletlərini bahalaşdırıb. Minimal tarif 40 qəpik müəyyən edilib, qiymətlər ümumilikdə 10-20 qəpik artırılıb.
Qeyd edək ki, ADY hazırda Bakı-Ağstafa və Bakı-Qəbələ istiqamətlərində qatar reysləri təşkil edir.
Bu istiqamətlər üzrə standart bilet qiymətləri müvafiq olaraq 17 manat və 14 manat təşkil edir.
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
















.jpg)




















