Dünya
ABŞ Türkiyəyə F-35 satışını dayandırıb - Ankara bu şərti yerinə yetirməlidir
ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı planı hələ də reallaşmayıb. Təyyarələrin Ankaraya satışı ilə bağlı razılaşmanın icrası Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərindən imtina etməsi şərtinə bağlıdır.
Publika.az xəbər verir ki, “Semafor”un məlumatına görə, ABŞ prezidenti Donald Trampın F-35-lərin Türkiyəyə satılacağını açıqlamasından bir aydan çox vaxt keçməsinə baxmayaraq, prosesdə irəliləyiş olmayıb.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş bildirib ki, Türkiyənin S-400 sistemlərini başqa ölkəyə satmaq cəhdləri hələlik nəticə verməyib və bu səbəbdən F-35 razılaşması faktiki olaraq dayandırılıb.
Məlumata görə, Ankara ötən ay S-400-lər üçün alıcı axtarmağa başlayıb, lakin bu istiqamətdə aparılan danışıqlardan hələlik nəticə əldə olunmayıb.
Riş qeyd edib ki, Türkiyənin S-400 məsələsini həll etmək üçün bir neçə variantı var. Bunlara sistemlərin başqa ölkəyə satılması ilə yanaşı, onların fəaliyyətinin dayandırılması və ya məhv edilməsi də daxildir.
ABŞ qanunvericiliyinə əsasən, Türkiyə Rusiyadan 2019-cu ildə aldığı S-400 “Triumf” sistemlərinə sahib olduğu müddətdə F-35 qırıcılarını əldə edə bilməz.
Akqabay
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi





























