İqtisadi gündəm
BRİKS-in dolları sıradan çıxarmaq planı: Bacaracaq?
Amerika dolları uzun müddət, ən azı ABŞ texnoloji lider mövqeyini qoruduğu müddətcə, aparıcı dünya valyutası olaraq qalacaq.
Publika.az xəbər verir ki, bunu iqtisadçı Yevgeni Koqan "Rossiyskaya qazeta"ya deyib.
BRİKS ölkələrinin qlobal sərmayənin əsas aləti kimi dollara tamhüquqlu alternativ yarada biləcəkləri ilə bağlı suala cavab verərən ekspert bunun yaxın gələcəkdə baş verməsinin mümkün olmadığını bildirib. Bundan əlavə, süni intellekt və kvant kompüterləri inkişaf etdikcə, ABŞ-ın liderlik mövqeyi daha da möhkəmlənə bilər. Buna müqavimət göstərməyə çalışan ölkələr sanksiyalara məruz qalacaq. Lakin ABŞ hamıya şərtlər diktə etdiyi üçün dünya dollara alternativ axtaracaq. Və bu, tədricən baş verəcək.
Koqan gələcəyin maliyyə sisteminin rəqəmsal aktivlərə əsaslanacağını və bu aktivlərin də qızılla dəstəklənəcəyini istisna etməyib.
Bundan əlavə, o qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra Qərb iqtisadiyyatı əsasən istehlakın kreditlə stimullaşdırılması hesabına inkişaf edib. Ancaq bu gün bu dizayn uğursuz olmağa başlayıb.
Koqan hesab edir ki, "Böyük borclar bu dünyanı alt-üst etmək təhlükəsi yaradır".
Adəm Abbaslı
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq























.jpg)


.jpg)











