İqtisadi gündəm
Azərbaycanlı milyarderlər bu şirkəti tərk etdilər
"Kiyevskiy Ploşad" Şirkətlər Qrupu "Samolet" Şirkətlər Qrupunun səhmdarları sırasını tərk edib.
Publika.az xəbər verir ki, məlumatı "Kiyevskiy Ploşad" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri Qod Nisanov şirkətin tərkibini təsdiqləyib.
Nisanovun mətbuat xidmətinin yaydığı məlumata əsasən "Kiyevskiy Ploşad" Şirkətlər Qrupunun rəhbəri ilə yanaşı, qrupla əlaqəli fiziki və hüquqi şəxslər də "Samolet" Şirkətlər Qrupu PJSC-nin səhmdarları deyillər.
Bundan əvvəl "Vedomosti" mənbələri səhmdarlıqdan geri çəkilmə sövdələşməsinin bir neçə ay əvvəl baş tutduğunu bildirmişdi. Onun təfərrüatları açıqlanmır.
2021-ci ildə "Kiyevskiy Ploşad" Şirkətlər Qrupu strukturları və onun həmtəsisçisi Qod Nisanov "Samolet" developerinin səhmlərinin demək olar ki, 10 faizini əldə etmişdi. 2023-cü ilin yazında şirkətlər Moskvanın cənubunda 850 min kvadratmetr ərazidə daşınmaz əmlakın inkişafı üçün birgə layihə həyata keçirmək niyyətində idilər.
Qeyd edək ki, "Kiyevskiy Ploşad" Şirkətlər Qrupu əslən Azərbaycanın Quba rayonundan olan Qod Nisanov və Zarax İliyev tərəfindən təsis edilib və Rusiyada kommersiya daşınmaz əmlak bazarının ən böyük iştirakçısıdır.
PJSC GC Samolet 2012-ci ildə yaradılıb və Rusiyada ən böyük mənzil inşaatçılarından biridir.
(Musavat.com)
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq























.jpg)


.jpg)











