İqtisadi gündəm
Sabirabad İcra Hakimiyyətinə 5 milyon manat ayrıldı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafı üçün 5 milyon manat ayırıb.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, prezidentin
sərəncamı ilə iyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış
məntəqəsini birləşdirən
Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının
2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra
Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.
Digər bir sərəncamla Sabirabad rayonunun sosial-iqtisadi
inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon
İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR