İqtisadi gündəm
Prezidentdən “Qarabağ”a dəstək: “Siz böyük qələbələrə layiqsiniz” - VİDEO
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, “Qarabağ futbol klubu ölkəmizi beynəlxalq yarışlarda
layiqincə təmsil edir”, - deyən Prezident İlham Əliyev futbolun
inkişafının Azərbaycanda dövlət siyasəti olduğunu, bununla bağlı
Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırdı.
Bildirdi ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər. İdmançılarımızın da mütəmadi olaraq xalqımızı sevindirdiyini, Olimpiya Oyunlarında yüksək nəticələr göstərdiyini deyən dövlətimizin başçısı London Yay Olimpiya Oyunlarında və Çində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimizin yüksək nəticələr göstərdiklərini vurğuladı. Qeyd etdi ki, öz növbəsində dövlət də idmanın inkişafı ilə bağlı ardıcıl siyasət aparır. Son illərdə ölkədə 50-dən çox Olimpiya mərkəzi tikilib və onların da 40-dan çoxu bölgələrdə yerləşir. Mövcud idman qurğuları da yenidən qurulur. Hazırda Bakıda regionun ən böyük idman qurğusu - Olimpiya Stadionu tikilir. Stadionun yerləşdiyi ərazidə Böyükşor gölünün təmizlənməsi prosesi gedir. Bununla da ekoloji tarazlığın qorunması sahəsində ciddi addımlar atılır.
Prezident İlham Əliyev dekabrın 11-də İtaliyanın “İnter” komandası
ilə keçirilən oyunda “Qarabağ” komandasının vurduğu qolun hakim
tərəfindən hesaba alınmamasını hakim briqadasının
qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş
verdiyini bildirdi. “Siz böyük qələbələrə layiq idiniz və bu
qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı”, -
deyən dövlətimizin başçısı ədalətsizliklə barışmağın çətin
olduğunu, ölkəmizin də bir sıra məsələlərdə bu faktla
qarşılaşdığını vurğuladı. Qeyd etdi ki, bütün çətinliklərə
baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç
bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Klubun adının
“Qarabağ” olmasının da komandanın üzərinə əlavə məsuliyyət
qoyduğunu deyən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki,
gələcəkdə bu komanda xalqımızı sevindirməkdə davam edəcək.
Komandanın baş məşqçisi Qurban Qurbanov onların fəaliyyətinə
verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi. Qeyd etdi ki, dövlətimizin başçısının diqqət və qayğısı
onların gələcək işlərində mühüm stimul olacaq. Qurban Qurbanov
komandanın yenə də eyni əzmlə çalışacağına əminliyini ifadə
etdi.
“Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl son oyunları
ilə azarkeşlərin rəğbətini qazanan komandanın hakim ədalətsizliyinə
baxmayaraq, ruhdan düşmədiyini dedi. Son hadisə ilə bağlı Avropa
futbol ictimaiyyətində də böyük narahatlıq hisslərinin yaşandığını
deyən Tahir Gözəl “Qarabağ” futbol klubuna, ümumilikdə ölkəmizdə
idmanın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə
minnətdarlıq etdi. Tahir Gözəl dövlətimizin başçısına klubun xatirə
hədiyyələrini təqdim etdi.
Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin
ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət
nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü dedi. “İdman indi
dünyada ictimai fenomendir”, - deyən dövlətimizin başçısı gələn il
ilk Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi
Oyunlarının Bakıda keçiriləcəyini, bununla da Azərbaycanın
sivilizasiyalararası dialoqun daha da möhkəmləndirilməsinə töhfə
verəcəyini bildirdi. 2020-ci ildə isə Bakının futbol üzrə Avropa
çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasında olduğunu
deyən Prezident İlham Əliyev bir daha komandanın üzvlərini təbrik
etdi, onlara müvəffəqiyyətlər arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO