İqtisadi gündəm
Azərbaycanda dövlət borcu ilin sonunda nə qədər olacaq? - PROQNOZ
Bu ilin I yarısında Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmənin hamarlaşdırılması, habelə dövlət istiqrazları üzrə faiz xərclərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində qənaətin formalaşması proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcunun 4 milyard 874 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 20 milyard 121,3 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 407,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Xarici dövlət borcunun 57,2 %-nin 5 ilə qədər, 35,4 %-nin 5-10 il ərzində, 7,4 %-nin isə10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
Daxili dövlət borcunun 55,7 %-ni daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 14,9 %-i 1 illik, 57 %-i 2-3 illik, 30 %-i isə 5 il və daha artıq istiqrazların payına düşməsi proqnozlaşdırılır.
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu








.jpg)


















_(1).jpg)









