Heqsetin keçmiş aparat rəhbəri onu istefaya çağırdı
Bizi izləyin

Dünya

Heqsetin keçmiş aparat rəhbəri onu istefaya çağırdı

Heqsetin keçmiş aparat rəhbəri onu istefaya çağırdı

ABŞ müdafiə naziri Pit Heqsetin keçmiş aparat rəhbəri Co Kasper onun istefaya getməli olduğunu bildirib.

Publika.az xəbər verir ki, Kasper bu barədə “Politico” nəşrinə müsahibəsində danışıb.

O, Heqsetin vəzifəsini səmərəli şəkildə icra etmək qabiliyyətini itirdiyini vurğulayıb.

Keçmiş aparat rəhbəri Heqsetin nazir kimi fəaliyyətini və yüksək rütbəli hərbçiləri vəzifədən azad etmək qərarını tənqid edib. O, həmçinin İran ətrafındakı münaqişə zamanı nazirin hərəkətlərini “tam xaos” adlandırıb.

Kasperin açıqlamalarına cavab olaraq Pentaqonun yüksək vəzifəli nümayəndəsi onun mediada uydurma şayiələr yaydığını bildirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm