Texnologiya nəhənglərinin səhmləri çökür: “Dotkom” böhranı təkrarlanır?
Bizi izləyin

İqtisadi gündəm

Texnologiya nəhənglərinin səhmləri çökür: “Dotkom” böhranı təkrarlanır?

Texnologiya nəhənglərinin səhmləri çökür: “Dotkom” böhranı təkrarlanır?

2026-cı ildə bir sıra texnologiya nəhənglərinin səhmlərinin kəskin ucuzlaşması 25 il əvvəlki “dotkom” böhranı ilə müqayisə olunur.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, əsas zərbə süni intellekt sektorunda fəaliyyət göstərən şirkətlərə dəyib. İlin maksimum göstəriciləri ilə müqayisədə “Intel”in səhmləri 64%, “Oracle”ın 60%, “Nvidia”nın isə 48% ucuzlaşıb. 2000-ci ildə bu şirkətlərin səhmlərində müvafiq olaraq 60%, 37% və 62% azalma qeydə alınmışdı.

Jurnal satış dalğasının əsas səbəblərindən biri kimi məlumat mərkəzləri və süni intellekt infrastrukturu ətrafında yaranmış spekulyativ köpüyün partlamasını göstərir. Məsələn, “Micron”un səhmləri üç ay ərzində təxminən dörd dəfə bahalaşsa da, sonradan qazancının yarıdan çoxunu itirib. “CoreWeave” də 2025-ci ildə birjada debüt etdikdən sonra dörd dəfədən çox bahalaşsa da, sonradan ilkin qiymətinə qayıdıb.

Bununla belə, hazırkı vəziyyət 2000-ci il böhranından fərqlənir. İndiki ucuzlaşma bütün texnologiya sektorunu deyil, əsasən prosessor istehsalçılarını, məlumat mərkəzlərinin sahiblərini və müvafiq avadanlıq istehsalçılarını əhatə edir.

Nəşr xəbərdarlıq edir ki, eniş davam edərsə, süni intellekt infrastrukturuna investisiyalar azala, bu sahə ilə bağlı şirkətlərə, enerji sektoruna və banklara mənfi təsir göstərə bilər. İnvestorların itkiləri isə istehlak xərclərinin azalmasına və iqtisadiyyatın digər sahələrində də problemlərə yol aça bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm