Dünya
Çində nazirlik əməkdaşı casusluğa görə ölüm cəzasına məhkum edildi
Çində nazirlik əməkdaşı xarici kəşfiyyata məxfi məlumatlar ötürdüyünə görə ölüm cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, bu barədə “Baomiguan” kanalı məlumat yayıb.
Bildirilib ki, Ma soyadlı şəxs xaricdə xidməti ezamiyyətdə olarkən adı qeyd olunmayan ölkəsinin xüsusi xidmət orqanlarının nümayəndəsi ilə tanış olub. Daha sonra Tan Çjen adlı agentlə əlaqələndirilən Ma təzyiq və hədə-qorxu nəticəsində xarici kəşfiyyatla əməkdaşlığa cəlb edilib.
Çinə qayıtdıqdan sonra o, xidməti vəzifəsi ilə əlaqədar əldə etdiyi məxfi məlumatları sistematik şəkildə xarici tərəfə ötürüb. Bunun müqabilində pul alıb, məlumatların ötürülməsi isə həm ölkə daxilində, həm də xaricdə keçirilən şəxsi görüşlər vasitəsilə həyata keçirilib.
İstintaq zamanı müəyyən edilib ki, Ma ümumilikdə 100-dən çox kəşfiyyat məlumatını xaricə ötürüb. Məhkəmənin hökmü ilə o, ölüm cəzasına, ömürlük siyasi hüquqlardan məhrumetməyə və bütün şəxsi əmlakının müsadirə olunmasına məhkum edilib.
Müəllif: Roza
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?


















.jpg)






.jpg)
.jpg)









