İqtisadi gündəm
Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
“Avrasiya Construction Ltd” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, şirkətin hazırda dövlət büdcəsinə olan vergi borcu 4 milyon 581 min 233.04 təşkil edir.
Maraqlı məqam ondan ibarətdir ki, sözügedən şirkət Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır və riskli vergi ödəyicisi deyil. Buna baxmayaraq, MMC-nin vergi borcu son bir neçə il ərzində kəskin şəkildə artmaqda davam edir.
Qeyd edək ki, “Avrasiya Construction Ltd” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hazırkı qanuni təmsilçisi Alıyev Elməddin Camal oğludur.
Bundan başqa, 2022-ci ildə tikinti fəaliyyəti ilə məşğul olan “Avrasiya Construction Ltd” MMC icbari sığorta müqaviləsi bağlamadığı üçün cərimələnib. 2024-cü ildə isə "Avrasiya Construction" yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə inzibati protokol tərtib edilib.
Açıq internet mənbələrində aparılan araşdırma zamanı isə məlum olur ki, “Avrasiya Construction Ltd” MMC-nin adı mətbuatda vətəndaşların şikayətləri əsasında tez-tez hallanıb.
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər








.jpg)


























