İqtisadi gündəm
Maliyyə Nazirliyi məlumat yaydı
Maliyyə naziri, Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Publika.az-a Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin dostluq, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb, bu əlaqələrin 2013-cü ildə Prezident İlham Əliyevin Monteneqroya rəsmi səfəri zamanı imzalanmış Dostluq və Tərəfdaşlıq haqqında Bəyannamə ilə möhkəm təməl üzərində qurulduğu qeyd edilib.
S.Babayev Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin inkişafında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın rolunu qeyd edərək, bu mexanizmin siyasi iradənin konkret iqtisadi nəticələrə çevrilməsində mühüm platforma olduğunu bildirib. Qeyd olunub ki, 2026-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan Birgə Komissiyanın növbəti iclasının gündəliyi ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığa dair geniş məsələləri əhatə edəcək.
Görüşdə ticarət və investisiya məsələləri də müzakirə olunub, Monteneqro şirkətləri Azərbaycanda sənaye zonaları və digər prioritet sahələrdə investisiya imkanlarından yararlanmağa dəvət olunub.
Öz növbəsində, E.İbrahimoviç Monteneqronun Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin dərinləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensialın mövcud olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər








.jpg)


























