İqtisadi gündəm
500 manatlıq əsginası olanların NƏZƏRİNƏ - Mərkəzi Bank açıqladı
Mərkəzi Bank 500 manat nominallı xatirə kağız pul nişanının ödəniş terminalı tərəfindən qəbul edilməməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 500 manat nominallı xatirə kağız pul nişanı Mərkəzi Bank tərəfindən 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun tarixi Zəfərinin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə tədavülə buraxılıb.
"Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanları əlamətdar hadisələrə, tarixi şəxsiyyətlərə, milli mədəni irsin qorunmasına və s. mövzulara həsr olunmaqla əsas xarakteri müvafiq mövzuların əbədiləşdirilməsi, maarifləndirmə, numizmatikanın və bonistikanın inkişafı, eləcə də ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsindən ibarətdir. Bu pul nişanları tədavülə məhdud sayda buraxılır və dövriyyə məqsədi daşımadığı üçün gündəlik tranzaksiyalarda, nağd pul ödənişlərində geniş istifadə üçün nəzərdə tutulmur".
AMB-nin məlumatına görə, bu səbəbdən ölkə ərazisində istismar olunan nağd pul terminallarında (cash-in terminalı) yubiley və xatirə pul nişanlarının qəbulu və tanınması həyata keçirilmir. Belə terminallarda əsasən tədavül pulları qəbul edilir:
"Yubiley və xatirə pul nişanları öz nominal dəyəri ilə ödəniş və mübadilə vasitəsi, eləcə də yığım vasitəsi kimi funksiyaları özündə saxlayır. Bu pul nişanlarına maraq və tələb yüksək olduğu üçün vətəndaşlar öz istəklərinə uyğun olaraq onların təkrar bazarda realizasiyasını həyata keçirə bilər və bununla bağlı hər hansı çətinlik hallarına rast gəlinmir".
"Bununla yanaşı, beynəlxalq təcrübədə yüksək nominallı pul nişanlarının "cash-in" terminallarda qəbul edilməməsi təcrübəsi geniş tətbiq olunur ki, burada əsas məqsəd saxtalaşdırmaya və çirkli pulların yuyulmasına qarşı mübarizə, eləcə də xidmət effektivliyidir", - deyə açıqlamada qeyd olunub. (Baku.ws)
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək






.jpg)
































