Avropa
Aİ-də "büdcə savaşı" başlayır: ABŞ-la əlavə problemlər yaşanacaq?
Avropa İttifaqında (Aİ) 2028-2034-cü illəri əhatə edəcək yeni büdcə ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Xərclərin azaldılması, yeni vergilərin tətbiqi və Ukraynanın maliyyələşdirilməsi ölkələr arasında mübahisələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Politico” Avropa diplomatlarına istinadən məlumat yayıb.
Avropa Şurasının Prezidenti Antonio Koştanın təqdim etdiyi yeni layihəyə əsasən, Aİ büdcəsinin xərcləri Avropa Komissiyasının ilkin təklifindən 204 milyard avro (10 faiz) azaldılmalıdır.
Layihədə Fransanın tələbi ilə kənd təsərrüfatı subsidiyalarının saxlanılması və böyük texnologiya şirkətlərinə ümumavropa rəqəmsal vergisinin tətbiqi nəzərdə tutulur. Lakin Paris təklifi “dərin məyusedici” adlandıraraq onun razılaşma üçün əsas ola bilməyəcəyini bildirib.
İrlandiya və İsveç də yeni rəqəmsal verginin əleyhinə çıxıb. Bəzi diplomatlar isə bu addımın ABŞ-la münasibətlərdə əlavə problemlər yarada biləcəyini düşünür.
Digər mübahisəli məsələ Ukraynanın maliyyələşdirilməsidir. Layihədə Kiyev üçün 100 milyard avronun saxlanılması təklif olunur. Bununla belə, həmin vəsaitdən Ukraynanın mövcud və gələcək kreditləri üzrə faizlərin ödənilməsi nəzərdə tutulmur.
Almaniya kansleri Fridrix Merts isə Koştanın təklifini razılaşmaya doğru “ilk addım” kimi qiymətləndirib.
Qeyd edək ki, noyabrın 23-də Aİ ölkələrinin daimi nümayəndələri layihəni ətraflı müzakirə edəcək, noyabrın 26-da isə məsələ xüsusi sammitdə Avropa liderlərinin müzakirəsinə çıxarılacaq.
Müəllif: Adəm
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək







.jpg)
































