İqtisadi gündəm
TARİXİ REKORD: Qızıl kəskin bahalaşdı - YENİLƏNDİ
Fevral ayına nəzərdə tutulmuş qızıl fyuçersləri “Comex” birjasında tarixi zirvəyə çataraq bir troya unsiyası üçün 5 200 dolları ötüb.
Publika.az xəbər verir ki, ticarət platformasının məlumatları bu yüksəlişi təsdiqləyir.
Bakı vaxtı ilə saat 05:40-da qiymətli metalın qiyməti 2,41% artaraq bir unsiya üçün 5 205,1 dollar olub. Beş dəqiqə sonra, saat 05:45-də qızılın qiyməti yüksəlişini sürətləndirərək 5 216,7 dollara çatıb (+2,64%).
Daha sonra, saat 06:32-də növbəti rekord yenilənib – bir unsiya qızıl 5 224,2 dollar dəyərində olub.
xxx
04:14
Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex"də 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti ilk dəfə olaraq troya unsiyası üçün 5150 dolları keçərək yeni rekord səviyyəyə çatıb.
Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:21-ə olan məlumata görə, dəyərli metalın qiyməti troy unsiyası üçün 5151,4 dollar (+1,36%) təşkil edib.
Eyni zamanda, bu ilin mart ayında "Comex" birjasında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti 4,28% azalaraq 1 troya unsiyası üçün 110,555 dollara düşüb.
Qızıl gəlirləri artıq 2008-ci il maliyyə böhranı və 2020-ci il pandemiyası kimi qlobal qarışıqlıq dövrlərində müşahidə olunanlardan daha yüksəkdir.
Hüseyn İbadlı
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər








.jpg)





























