İqtisadi gündəm
Yanvar ayının pensiyaları niyə artımlarla ödənilmədi? - AÇIQLAMA
“Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına da şamil olunur. Artıq yanvar ayı üçün pensiyalar tam ödənilib. Bu ay artımların verilməməsi nə ilə bağlıdır və artımlar nə zaman ödəniləcək?”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
O deyib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır:
“Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2025-cü ilin ilk 11 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı 9.3 faiz artıb. İllik yekunun isə 9.2 faiz olacağı gözlənilir. Dəqiq rəsmi göstərici isə Dövlət Statistika Komitəsi tərəfindən gələn ayın əvvəllərində elan ediləcək”.
Deputat vurğulayıb ki, 2025-c ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq:
“Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq”.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.webp)
.png)










.jpg)
.jpg)