İqtisadi gündəm
Qızıl buna görə sürətlə bahalaşır
Qızılın bir unsiyasının qiymətinin 5 200 dollardan yuxarı qalxmasının əsas səbəblərindən biri qiymətli metala olan tələbatın kəskin artmasıdır.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı iqtisadçı Mixail Xazin bildirib.
Onun sözlərinə görə, bu proses ABŞ maliyyə elitasının xəzinə istiqrazlarını qızılla əvəzləmək planları fonunda baş verir.
Xazin deyib ki, bu addım zəruri xarakter daşıyır. Çünki xəzinə istiqrazlarından əldə edilən gəlir artıq mövcud inflyasiya səviyyəsini kompensasiya etmir. Bu səbəbdən iri institusional oyunçular likvidliyi qorumaq üçün yeni alətlər axtarmağa məcbur qalıblar.
Ekspertin fikrincə, qızıla yüksək tələbatın saxlanılması qərarı da məqsədyönlüdür. Belə ki, nisbətən az miqdarda qızıl bütün yığılmış xəzinə öhdəliklərini kompensasiya edə bilir və məhz buna görə onun qiyməti süni şəkildə yüksəldilir.
Xazin yekun olaraq vurğulayıb ki, qızılın qiyməti artmaqda davam edəcək: “Qızıla tələbat yüksək olaraq qalır. O, illər ərzində yığılan nəhəng dollar kütləsini kompensasiya edərək istiqrazları əvəz etməlidir”.
Qeyd edək ki, fevral ayına nəzərdə tutulmuş qızıl fyuçersləri “Comex” birjasında tarixi zirvəyə çataraq bir troya unsiyası üçün 5 270 dolları ötüb.
Akqabay
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər








.jpg)


















.jpg)









