İqtisadi gündəm
FED-dən mühüm qərar
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 3,5-3,75 % səviyyəsində saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə FED-in məlumatında bildirilib.
Qeyd edilib ki, Yaxın Şərqdəki hadisələrin ABŞ iqtisadiyyatı üçün nəticələri qeyri-müəyyən olaraq qalır. Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitə risklərə diqqətlə yanaşır. Öz məqsədlərini dəstəkləmək üçün komitə federal fondlar üzrə dərəcənin hədəf diapazonunu 3,5-3,75 % səviyyəsində saxlamaq qərarına gəlib.
"Hədəf dərəcəsinə əlavə düzəlişlərin miqyası və müddətləri nəzərdən keçirilərkən komitə daxil olan məlumatları, dəyişən perspektivləri və risk balansını diqqətlə qiymətləndirəcək. Komitə maksimum məşğulluğun dəstəklənməsinə və inflyasiyanın 2 %-lik hədəf səviyyəsinə qaytarılmasına qətiyyətlə sadiqdir", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, cari ilin yanvar ayında keçirilən son iclasda da FED dərəcəni dəyişməz saxlamışdı.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)




.jpg)


























