İqtisadi gündəm
Azərbaycanın MDB ölkələrindən idxalı 52 % azaldı
Bu ilin yanvar-fevral aylarında Azərbaycan və MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 796 milyon 286,83 min ABŞ dolları təşkil edib.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 548 milyon 783,61 min ABŞ dolları və ya 40,8 % azdır.
Hesabat dövründə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 13,6 % artaraq 262 milyon 934,03 min ABŞ dolları, idxalının dəyəri isə 52,1 % azalaraq 533 milyon 352,8 min ABŞ dolları olub. Yanvar-fevral aylarında MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 7,1 %, idxalında payı isə 20,5 % təşkil edib.
Konkret ölkələrə gəlincə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 499 milyon 979,36 min ABŞ dolları olub ki, bunun da 157 milyon 763,37 min dolları ixracın, 342 milyon 215,99 min dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiya ilə ticarət dövriyyəsi 50 %, idxal 60 % azalıb. İxrac isə 4,6 % artıb.
Ukrayna ilə ticarət dövriyyəsinin dəyəri 69 milyon 785,03 min ABŞ dolları olub ki, bunun da 29 milyon 343,14 min dolları ixracın, 40 milyon 441,89 min dolları idxalın payına düşüb. Yanvar-fevral aylarında Ukrayna ilə dövriyyə 20,8 %, ixrac 31,9 %, idxal isə 10,3 % azalıb.
Belarusla ticarət dövriyyəsinin dəyəri isə 71 milyon 190,29 min ABŞ dolları təşkil edib ki, bunun da 11 milyon 713,91 min dolları ixracın, 59 milyon 476,38 min dolları idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə Belarusla ticarət dövriyyəsi 7,3 % , ixrac 9,2 %, idxal isə 6,9 % artıb.
Qazaxıstanla ticarət dövriyyəsi 65 milyon 557,04 min ABŞ dollar təşkil edib ki, bunun da 24 297,94 min dolları ixracın, 41 milyon 259,1 min dolları isə idxalın payına düşüb. Bu ölkə ilə ticarət dövriyyəsi 8,8 %, idxal 30,9 % azalıb. İxrac isə 2 dəfə artıb.
Özbəkistanla ticarət dövriyyəsi 58 milyon 660,06 min ABŞ dolları təşkil edib ki, bunun da 19 milyon 445,76 min dolları ixracın, 39 milyon 214,30 min dolları isə idxalın payına düşüb. Yanvar-fevral ayında bu ölkə ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 %, idxal 34,1 % azalıb. İxrac isə 3,5 dəfədən çox artıb.
Bu ilin yanvar-fevral ayında Azərbaycanın Ermənistanla ticarət dövriyyəsinin dəyəri 4 milyon 220,27 min ABŞ dolları təşkil edib və bu məbləğ tamamilə ixracın payına düşüb, idxal isə qeydə alınmayıb.
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO






.jpg)









.jpg)




















