İqtisadi gündəm
Ən yüksək əməkhaqqı bu sahədədir
Azərbaycanda orta aylıq əməkhaqqı məbləği 1151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artıb. Həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub, onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, orta aylıq əməkhaqqı məbləğində diqqəti çəkən məqamlardan biri sektorlar üzrə fərqdir:
"Belə ki, ən yüksək əmək haqqı mədənçıxarma sənayesindədir. Bu sektorda çalışanların orta aylıq əmək haqqı məbləği 4581 manatdır. Yəni, neft və qaz sektorunda çalışanlar ölkə üzrə orta aylıq əmək haqqı məbləği ilə müqayisədə 4 dəfə çox maaş alırlar. Maliyyə və sığorta sektorunda orta aylıq əmək haqqı 2814 manatdır. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əmək haqqı alanlardrır. Bütövlükdə, iqtisadiyyatın 9 sektorunda çalışanlara ölkə üzrə orta aylıq maaş məbləği ilə müqayisədə daha çox əmək haqqı təklif edilir.
İqtisadiyyatın 10 sektorunda çalışanların orta aylıq əməkhaqqı məbləğləri isə ölkə üzrə göstəricidən aşağıdır. Ən aşağı orta aylıq əmək haqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb: 720 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanların orta aylıq maaşları da aqrar sektorda çalışanların əmək haqqlarına yaxındır: 768 manat. Orta aylıq əmək haqqı məbləği təhsildə 824, elm sənayesində isə 1048 manatdır.
Orta aylıq əmək haqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımdan vacibdir. Xüsusən də, yalnız dövlət qulluqçularının deyil, bütövlükdə dövlət sektorunda maaş məbləğlərinin optimallaşdırılması prioritet olaraq qalmaqdadır".
-
Qoroskop00:15Günün ULDUZ FALI - Subaylar üçün maraqlı bir tanışlıq baş tuta bilər
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya14 İyun 20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art14 İyun 19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 14 İyun 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 14 İyun 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm14 İyun 16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin214 İyun 16:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər





































