İqtisadi gündəm
Bəs “sərhədsiz dostluq” deyirdilər? - Putinin Çinə səfəri yenə nəticəsiz qaldı
Rusiya prezidenti Vladimir Putinin müharibə başlayandan bəri Çinə beşinci, prezidentliyi dövründə isə 25-ci səfəri də Moskvanın uzun illərdir gözlədiyi “Sibirin Gücü-2” qaz kəməri ilə bağlı razılaşma gətirməyib.
Publika.az xəbər verir ki, 10 ildən çoxdur müzakirə olunan və Çinə qaz tədarükünün illik 100 milyard kubmetrə çatdırılmasını nəzərdə tutan layihə üzrə hələ də razılaşdırılmamış məqamlar qalır.
Bunu Putinin Çin Xalq Respublikasının sədri Xi Jinping ilə danışıqlarından sonra Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.
“Bəzi nüanslar hələ razılaşdırılmalıdır”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, layihə üzrə əsas parametrlər və gələcək boru kəmərinin marşrutu razılaşdırılsa da, layihənin həyata keçirilmə vaxtı ilə bağlı hələ də konkret anlaşma yoxdur.
“Dəqiq tarix yoxdur. Bu, kommersiya məlumatıdır. Amma kifayət qədər böyük nailiyyətdir”, - Peskov əlavə edib.
Qeyd edək ki, Putin Pekinə 5 baş nazir müavini, 8 nazir, eləcə də “Qazprom” və “Rosneft” rəhbərlərinin daxil olduğu geniş nümayəndə heyəti ilə gedib. Səfər zamanı o, Rusiya-Çin əməkdaşlığının “sərhədsiz perspektivlərindən” danışıb və Çinə neft, kömür və qazın “fasiləsiz” ixrac ediləcəyini vəd edib.
Danışıqlardan sonra Moskva və Pekin arasında 40 sənəd imzalansa da, Kremlin yayımladığı siyahıda nə “Sibirin Gücü-2”, nə də neft-qaz sahəsində əməkdaşlıq barədə hər hansı qeyd yer alıb.
Məlumata görə, Avropa bazarını itirən “Qazprom” üçün həyati əhəmiyyət daşıyan yeni qaz kəmərində əsas problem qazın qiyməti olaraq qalır. “Financial Times”ın yazdığına görə, Çin qazın qiymətinin Rusiyadakı daxili tariflərə yaxınlaşdırılmasını tələb edir.
Bu isə min kubmetr üçün təxminən 50 dollar deməkdir. Hazırda Pekin Rusiyadan aldığı qaz üçün min kubmetrə görə 258 dollar ödəyir. “Qazprom”un uzaq xaricdəki digər müştərilər üçün qiyməti isə 420 dollardır.
Bundan başqa, Çin qaz tələbatının artıq pik həddə çatdığını düşünür və əlavə qaz alış öhdəlikləri götürməyə ehtiyatla yanaşır.
Hazırda Çin Rusiyadan ildə 38 milyard kubmetr qaz alır. Bu həcm “Qazprom”un uzaq xaricə ixracının yarısını təşkil edir. Rusiya hökuməti onilliyin sonuna qədər Çinə qaz ixracını 47 faiz artıraraq illik 56 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Əlavə qazın Uzaq Şərq marşrutu ilə (12 milyard kubmetr) və “Sibirin Gücü-1” kəmərinin gücünün artırılması hesabına (6 milyard kubmetr) çatdırılması nəzərdə tutulur.
Müəllif: Adəm
-
MDB13:41Ukrayna daha 3 yaşayış məntəqəsini itirdi - 2 kənd mühasirədədir
-
Ekologiya13:24Bakıda 29 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə13:18Bakıda vulkan püskürdü - Yeniləndi(Video)
-
İnanc12:41Daha bir Avropa ölkəsi məktəbli qızların niqab taxmasına qadağa qoydu
-
İqtisadi gündəm12:09Emin Ağalarov: "İnanıram ki, uğur qazanacağıq!"
-
İqtisadi gündəm10:50Prezident: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Nida Xəbər 10:29Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
İqtisadi gündəm10:2530 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində




















.jpg)













