İqtisadi gündəm
Dövlət Proqramı hansı kənd təsərrüfatı məhsullarını ucuzlaşdıra bilər?
Azərbaycan Prezidenti kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sektorunun inkişafı ilə bağlı strateji hədəfləri elan etdi və həmin gün cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olundu.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, proqramda ölçüləbilən hədəf göstəricilərin elan edilməsi növbəti 5 ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı aydın strateji yanaşmanı göstərir.
"Kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcminin 2030-cu ilədək 4 dəfə artırılaraq 6 milyard dollara çatıdırılması hədəflənir. Bu Azərbaycanın qeyri neft-qaz ixracatında növbləti illərdə kəskin artımların olacağından xəbər verir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun artımı isə 2 faiz ətrafında hədəflənir.
Alt-hədəf indikatorlarında konkret məhsul növləri üzrə artım faizləri qeyd olunub. 2030-cu ilədək mal əti istehsalında ən azı 20, qoyun əti istehsalında 9, quş əti istehsalında isə 30 faiz artım hədəflənir. Bu hədəfə nail olunması ət idxalının azalmasına səbəb olmaqla yanaşı, ətin qiymətinin optimallaşdırılmasına və bəzi məhsullar üzrə azalmasına gətirib çıxara bilər.
İstixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara çatıdırlması kənd təsərrüfatı məhsullarının mövsümdən sonrakı dövr üçün saxlanmasına imkan verəcək. Bu mövsümdən sonrakı dövrdə qiymət artımlarının qarşısının alınması baxımdan vacib alətlərdəndir.
Azərbaycan üçün strateji məhsul hesab olunan buğda istehsalı həcminin ölkə üzrə 20 faiz artırılması da hədəflənir. Bu da çörəyin qiymətinin optimallaşdırılmasına və idxal inflyasiyasının minimumlaşdırılmasına səbəb ola bilər. Azərbaycan Prezidentinin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, idxalın azaldılması bu sahədə əsas prioritetlərdəndir.
Aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və daxili istehsal potensialının artırılması, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, innovasiya, rəqəmsallaşma və insan kapitalının inkişaf etdirilməsi və balıqçılıq və akvakultura sahələrinin inkişafı əsas məqsədləri olan dövlət Proqramının icrası Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər", - deputat vurğulayıb.
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...




































