İqtisadi gündəm
Qlobal neft ehtiyatları ilə bağlı təhlükəli vəziyyət - Beynəlxalq maliyyə qurumları birgə bəyanat yaydı
Hörmüz boğazı vasitəsilə tədarükün böyük ölçüdə itirilməsinə cavab olaraq qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA), Beynəlxalq Valyuta Fondunun (BVF), Dünya Bankı Qrupunun (DBQ) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbərləri arasında mayın 28-də keçirilən görüşün yekunlarında dair bəyanatda vurğulanıb.
Qeyd edilib ki, Yaxın Şərqdəki müharibə müxtəlif ölkələr və regionlar üzrə enerji təchizatına, ərzaq təhlükəsizliyinə və iqtisadi fəallığa əhəmiyyətli və olduqca qeyri-mütənasib təsirlər göstərir.
"Eyni zamanda, Hörmüz boğazı vasitəsilə tədarükün böyük ölçüdə itirilməsinə cavab olaraq qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir. Əgər gəmiçilik axını normal vəziyyətə qayıtmasa, Şimal yarımkürəsində yayda neftə olan pik tələbat ərəfəsində qlobal neft ehtiyatlarının bu cür sürətlə azalmasının davam etməsi yanacaq təhlükəsizliyi, bazar şərtləri və daha geniş iqtisadi dözümlülük üçün artan risklər yaradacaq", - bəyanatda qeyd edilib.
Bəyanatda həmçinin gübrə tədarükü zəncirlərinin, enerji və iqtisadi sahədəki proseslərin, eləcə də siyasi cavab tədbirlərinin yaxından izlənilməsinin vacibliyi vurğulanıb.
-
Dünya10:48"GTA"-nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın






.jpg)






























