İqtisadi gündəm
İsmayıllıda investisiya layihələrinin qəbuluna başlanılıb
Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Gün.Az-ın verdiyi xəbərə görə, sahibkarlıq
subyektlərindən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması
və satışı üzrə logistik mərkəzin, müasir quşçuluq, 50 başlıq südlük
istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və arıçılıq
təsərrüfatlarının yaradılması, kiçik dulusçuluq müəssisəsinin
yaradılması istiqamətlərində investisiya layihələrinin
maliyyələşdirilməsi üçün təkliflər qəbul olunur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək
Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən,
kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi
dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin
maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları
vasitəsilə Fonda müraciət edə bilərlər.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO