İqtisadi gündəm
"Bank of America"dan neft qiyməti ilə bağlı ŞOK PROQNOZ
"Bank of America" analitikləri hesab edir ki, ABŞ-İran qarşıdurmasının hazırkı intensivliyi davam edərsə və Hörmüz boğazının açılması ilə bağlı irəliləyiş olmazsa, dünya bazarında neftin qiyməti 95-120 dollar aralığında qala bilər.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" bankın hesabatına istinadən məlumat yayıb.
Analitiklərin fikrincə, Hörmüz boğazından neft daşımalarının bloklanmasının davam etməsi qiymətlərin bu səviyyədə qalmasına səbəb ola bilər. Yaxın Şərqdə əsas enerji infrastrukturuna ciddi ziyan dəyərsə, neftin qiyməti 150 dollara qədər yüksələ bilər.
"Bank of America"nın baza ssenarisinə görə, Hörmüz boğazından neft tranziti tədricən bərpa olunarsa, ilin ikinci yarısında neftin orta qiyməti 83 dollar təşkil edəcək.
Hörmüz boğazı dünya üzrə neft ticarətinin təxminən 25 faizinin, mayeləşdirilmiş təbii qaz ticarətinin isə təxminən 20 faizinin keçdiyi əsas nəqliyyat marşrutlarından biridir.
Müəllif: Adəm
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO



















.jpg)
















