İqtisadi gündəm
Neftin qiyməti ilə bağlı proqnoz: İlin sonuna qədər...
Beynəlxalq reytinq agentliyi “Moody's Ratings”, “Brent” markalı xam neftin qiymətinin 2026-cı ilin sonuna qədər bir barel üçün 90-110 dollar arasında qalacağını proqnozlaşdırır.
Publika.az xəbər verir ki, agentliyin baza ssenarisinə görə, “Brent” neftinin qiyməti 2026-cı ilin sonuna qədər 90-110 dollar/barel diapazonunda qalacaq, bundan sonra isə orta müddətli dövrdə 55-75 dollar/barelə düşəcək.
“Moody's” qeyd edir ki, Yaxın Şərqdə davam edən münaqişə neft ticarəti axınlarını pozur. Hörmüz boğazında və Qırmızı dəniz yolu boyunca gəmilərə edilən hücumların son zamanlar artması xam neft ixracının azalmasına səbəb olub. Bu, agentliyin baza ssenarisində nəzərdə tutulduğu kimi, neft ticarətinin 2027-ci ilin birinci rübündə normallaşma ehtimalını azaldır.
Hesabata görə, Səudiyyə Ərəbistanının bazara xam neft tədarükü iyul ayında gündəlik 7,4 milyon bareldən avqust ayında 7 milyon barelə düşüb. Buna tankerlərin Bab əl-Məndəb boğazından yan keçən alternativ marşrutlardan istifadə etməsi təsir edib.
Müəllif: Tural
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO



















.jpg)
















