İqtisadi gündəm
İsveçrə–Azərbaycan Biznes Forumu keçirildi
İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib.
Publika.az nazirliyə istinadən xəbər verir ki, tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, enerji, nəqliyyat və logistika, tikinti, maşınqayırma, metallurgiya, qida, turizm, səhiyyə, telekommunikasiya, konsaltinq, maliyyə, kimya, əczaçılıq və s. sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.
Forumda çıxış edən M.Cabbarov Azərbaycan–İsveçrə iqtisadi əməkdaşlığının inkişaf dinamikasından danışaraq ticarət və qarşılıqlı investisiyaların ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərindən olduğunu bildirib. Nazir Azərbaycanın əlverişli biznes və investisiya mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və Orta Dəhliz çərçivəsində artan rolunu vurğulayıb. Ölkəmizdə fəaliyyət göstərən azad iqtisadi və sənaye zonalarının, eləcə də yaşıl enerji potensialının investorlar, o cümlədən İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edib.
Bu il 25-26 sentyabrda Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni tərəfdaşlıqların qurulması və investisiyaların cəlb edilməsi baxımından önəmi vurğulanıb.
İsveçrənin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer çıxışında Azərbaycan–İsveçrə iqtisadi dialoqunun inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də işgüzar dairələr arasında birbaşa təmasların artırılmasının əhəmiyyətini bildirib.
Forum çərçivəsində Dördüncü Sənaye İnqilabı, innovasiya ekosistemləri və investisiya təşviqi sahəsində qlobal trendlər nəzərdən keçirilib, Azərbaycan və İsveçrə şirkətlərinin təqdimatları dinlənilib, investisiya prioritetləri, qlobal bazarlara çıxış imkanları və əməkdaşlıq modelləri ətrafında fikir mübadiləsi aparılıb.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir









.jpg)

.jpg)






.webp)





.jpg)













