İqtisadi gündəm
Azərbaycanın bu məhsulun ixracından əldə etdiyi gəlirlər 3,3 dəfə artdı
Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlirlər yanvar-avqust aylarında 3,3 dəfə artıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan 3,738 milyon ABŞ dolları dəyərində 12,310 min ton neft bitumu ixrac edilib.
Bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,616 milyon ABŞ dolları və ya 3,3 dəfə çox, həcm ifadəsində isə 8,019 min ton və ya 2,9 dəfə çoxdur.
Qeyd olunur ki, hesabat dövründə neft bitumu ixracı Azərbaycanın ümumi ixracının 0,02 faizini təşkil edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında agentliyin hesablamalarına görə, yanvar-avqust aylarında Azərbaycandan 9,282 milyard ABŞ dolları dəyərində 14,678 milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 886 milyon ABŞ dolları və ya 10,6 faiz çoxdur, natural ifadədə isə göstərici 1,247 milyon ton və ya 7,8 faiz azalıb.
Qeyd edək ki, komitənin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 33 milyard 238 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib.
Vurğulanır ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 120 milyon ABŞ dolları və ya 3,49 faiz artıb.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir









.jpg)

.jpg)






.webp)





.jpg)













