İqtisadi gündəm
Taxıl ixracı iflic oldu, fermerlər buğda əkinindən imtina edir - Rusiyada nə baş verir?
Rusiyanın Qara dəniz limanlarının fəaliyyətinin dayanması taxıl ixracını kəskin azaldıb və fermerlərin maliyyə vəziyyətini ağırlaşdırıb. Bu vəziyyət Rusiyada illik taxıl məhsulunun təxminən üçdə ikisini təşkil edən qışlıq buğdanın səpininə də ciddi təsir göstərir.
Publika.az xəbər verir ki, bu barədə “SovEkon" analitik mərkəzi məlumat yayıb.
Bildirilir ki, sentyabrın əvvəlinə Rusiyada 2,6 milyon hektar qışlıq əkin aparılıb. Bunun 2,4 milyon hektarı buğdadır ki, bu da son illərin orta göstəricisindən 25 faiz azdır.
Fermerlər arasında aparılan sorğuya əsasən, təsərrüfatların 26 faizi bu il qışlıq buğda əkinindən tamamilə imtina edib, 32 faizi isə əkin sahələrini azaltmağa hazırlaşır. Yalnız 29 faiz əvvəlki həcmdə əkin aparır.
İxracın azalması daxili bazarda taxılın qiymətinin də kəskin düşməsinə səbəb olub. Hesablamalara görə, avqust-sentyabr aylarında Rusiyanın taxıl ixracı 2010-cu ildən bəri ən aşağı səviyyəyə enib və əvvəlki orta göstəricidən təxminən üç dəfə azalıb.
Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski əsas problemin fermerlərdə əkin üçün kifayət qədər vəsaitin olmaması olduğunu bildirib. Onun sözlərinə görə, bahalaşan yanacaq və satılmamış məhsul fermerlərin növbəti mövsüm üçün resurs alma imkanlarını daha da məhdudlaşdırır.
İyulun ortalarından Azov dənizi limanlarının fəaliyyətinin dayanması, avqustda isə Novorossiysk limanındakı üç taxıl terminalının işləməməsi ixracı ciddi şəkildə vurub. Nəticədə avqustda Rusiyanın taxıl ixracı illik müqayisədə 60 faizə yaxın azalaraq 2,2 milyon tona düşüb.
Analitiklərin fikrincə, vəziyyət davam edərsə, cari ilin məhsulunun 35 milyon tonunun, o cümlədən 22 milyon ton buğdanın satılmadan qalması riski var.
Müəllif: Adəm
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?








.jpg)

.jpg)

.jpg)










.jpg)














