İqtisadi gündəm
"Lukoyl”un satışı niyə yekunlaşmır? - Vaşinqtonda qərar böhranı
Rusiyanın “Lukoyl” neft şirkətinin xaricdəki aktivlərinin ABŞ-ın “Carlyle” özəl investisiya qrupuna satılması ilə bağlı sövdələşmə aylardır yekunlaşmır.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Bildirilir ki, proses ABŞ administrasiyasında yekun razılığın verilməməsi səbəbindən dayanıb.
2026-cı ilin əvvəlində elan edilən sövdələşməyə əsasən, “Lukoyl” 17 ölkədəki aktivlərindən çıxmalıdır. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) razılıq versə də, yekun qərarın qəbul edilməsi Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Energetika Nazirliyi arasında aparılan razılaşdırmalar səbəbindən uzanıb.
Nəşrin məlumatına görə, proseslə tanış şəxslərdən biri vəziyyəti belə ifadə edib: “Biz hadisələrin izini itirmişik. İş sadəcə irəliləmir. Naməlum səbəbdən olduğu yerdə qalıb”.
“Carlyle” isə hesab edir ki, sövdələşmənin reallaşması qlobal enerji bazarlarında gərginliyin azalmasına kömək edə bilər. Şirkətin sözlərinə görə, bu halda Avropada benzin və dizel yanacağının istehsal həcmini artırmaq mümkün olacaq. Söhbət “Lukoyl”un Bolqarıstan və Rumıniyadakı neft emalı zavodlarından, həmçinin Niderlanddakı “Zeeland” zavodunda 45 faizlik payından gedir.
ABŞ sövdələşmənin taleyi müəyyənləşənədək “Lukoyl”un aktivlərinin fəaliyyətini davam etdirməsinə imkan verən müvəqqəti lisenziyaların müddətini dəfələrlə uzadıb. Sonuncu uzadılmanın müddəti oktyabrın 22-də başa çatır.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü








.jpg)

.jpg)







.jpg)
.jpg)



.jpg)















